Türkiyənin tanınmış aktyoru iranlı sənətçiləri məhkəməyə verməyə hazırlaşır
Türkiyənin tanınmış aktyoru Burak Özçivit iranlı sənətçilər Məcid Max və Mehdi Moazamı məhkəməyə verməyə hazırlaşır.
AzNews.info Report-a istinadən xəbər verir ki, hər iki sənətçi aktyorun “Kara Sevda” teleserialındakı səsləndirmələrindən “To Namoondi” adlı klipdə icazəsiz istifadə ediblər.
Ərəb dünyasında tez bir zamanda məşhurlaşan və kədərli sevgi hekayəsindən bəhs edilən musiqidən xəbər tutan Burak Özçivitin məhkəməyə müraciət etməyə hazırlaşdığı iddia olunub.
Mənbə:> Report