Yaz-yayın ən dəbli rəngi seçildi – FOTO
2015-ci ilin yaz-yay mövsümünün ən dəbli rəngi bənövşəyidir. ANS PRESS-in "The Independent"ə istinadla verdiyi məlumata görə, al -qırmızı rəng də ən çox istifadə edilənlərdən olacaq.
Bənövşəyi, lil, lavanda rənginin çalarlarını demək olar ki, hər yerdə, bütün geyimlərdə görə biləcəyik. Bu rənglər modelyerlərin kolleksiyalarının nümayişində də dominantlıq ediblər.
Amma bir rəngdən istifadə məsləhət deyil. Yaxşı olan ki, bənövşəyinin çalarlarını başqa rənglərlə kombin edəsiniz. Qara və pastel tonlar istisnadır.
Qeyd edək ki, bir müddət öncə 2015-ci ilin ən əktual rəngi açıqlanmışdı. "Pantone Color Institute" - rəng institutunun ekspertlərinin fikrincə, ilin rəngi "marsala" olub. Yəni, zoğalı -qəhvəyi rəngin qarışığı.
Bu rəng adını Siciliyadan olan bir şərabdan götürüb.
Mənbə:> ANSPRESS