Dekoltesi ilə göz oxşadı – FOTO
İstanbulda tədbirlərin birində iştirak edən müğənni Murat Bozun keçmiş sevgilisi Eliz Sakuçoğlu hamının diqqətini çəkib.
ANS PRESS-in məlumatına görə, “Fashion Week”in son günündə iştirak edən Eliz Sakuçoğlu geyindiyi dərin sinə dekolteli tulumu ilə heç də podiumdakı manikenlərdən az diqqət toplamayıb.
Diqqət çəkən başqa bir məqam isə Elizin sinəsinə vurdurduğu yeni döymə olub. Bundan əvvəl əlinə döymə vurduran Sakuçoğlunun “RnB” kraliçası Rihannadan ilhamlandığı deyilir.
“Old skul” tərzində vurulan döymədə dua edən iki əlin birləşdiyi təsvir edilib ki, bu da şükr etmək mənasını verir.
Qeyd edək ki, Eliz Sakuçoğlu səkkiz ay əvvəl müğənni Murat Bozla olan 8 illik münasibətlərinə son qoyub.
Mənbə:> ANSPRESS