Ayselə görə təhqir edilən Sərxan: "Qeyrətsiz..."
Aparıcı Sərxan Kərəmoğlunun "Evimin qonaqları" verilişində müğənni Aysel Əlizadəni qucağına alması müzakirələrə səbəb olub.
Aparıcının ünvanına sosial şəbəkələrdə təhqirlər yazıblar. Buna əsəbləşən Sərxan onlara cavab verib.
Kərəmoğlu bildirib ki, onun verilişi 18+ gecə şousudur və istədiyini edə bilər:
"Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma elə fikir bildirənlər var ki, onlar birbaşa təhqir edirlər. Sözüm onlaradır: siz qeyrətsiz, mənşəyi bəlli olmayan zibillərsiniz. Sizin əxlaqdan xəbəriniz yoxdur. Əgər siz əxlaq görsəniz, müxtəlif portallarda təhqir, söyüş yazmazsınız.
25 ildir ki, televiziyada çalışıram. Qərəzli fikir və təhqir yazanları gözəl bilirəm. Qonağımın üzündən öpməyim nə zamandan bəri tərbiyəsizlik oldu? Hər kəs, hətta prezidentlər görüşəndə qucaqlaşıb, öpüşürlər. Burada pis nə var? Pislik sizin içinizdədir. Bu 18+ gecə şousudur, film kimi bir əyləncə təqdim etməkdir fikrim. Siz isə rus, türk serallarında "görək öpəcəkmi" deyə, saatlarla oturub gözləyirsiniz. Bizdə nə axtarırsınız: qeyrət? Qeyrət sizdə. Gedin hansısa türk məşhuru gələndə dediyinz qızlarınız, bacılarınız az qala bir əlini toxundursun deyə, özlərini öldürürlər. Hardasınız? Qeyrətiniz haradadı? Nə isə, siz xalq deyilsiz, 300-400 nəfərin fikri xalq demək deyil.
Hər kəs öz payını almasa, rahatlaşa bilmir".
Mənbə:> Axsam.az