Samiraldo Kamil barəsində: Ona idmançı demək, idmançıları təhqir etməkdir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin

Samiraldo Kamil barəsində: Ona idmançı demək, idmançıları təhqir etməkdir

Samiraldo Kamil barəsində: Ona idmançı demək, idmançıları təhqir etməkdir


Xəbər verdiyimiz kimi, paytaxtda yerləşən restoranlardan birinin açılışında məşqçi Kamil Zeynallı ilə stilist Samir Əliyev (Samiraldo) arasında mübahisə yaşanıb.

Oxu.Az xəbər verir ki, K.Zeynallı “Bura kişilərin məkanıdır, bunun burada nə işi var?” deyərək stilisti təhqir edib, onun ünvanına ağır söyüşlər işlədib.

Məsələyə münasibət bildirmək üçün Oxu.Az-ın əməkdaşı stilistlə əlaqə saxlayıb.

“Mən onu (söhbət Kamil Zeynallıdan gedir) tanımıram. 3 il bundan əvvəl mənə yaxınlaşmışdı ki, sizinlə fotoşəkil çəkdirmək olar? Mən də razılaşmışdım. “Instagram” səhifəsinə yerləşdirmiş, sonra mənim haqqımda artıq-əskik danışmağa başlamışdı.

Bir neçə ildən sonra isə şərəf və ləyaqətimə toxunaraq məni təhqir etdi. Fanatlarım bunu bildilər, ona dedilər ki, özünü yığışdır, sən Samiraldonun səviyyəsinə çatmaq üçün əvvəlcə “Instagram”dakı düşük videolarını sil. Ondan sonra hara gedirdisə, mənə söz atırdı.

Tədbirdəki qalmaqala gəlincə isə o, məni görən kimi “Bura kişilərin məkanıdır, bunun burada nə işi var?” sözləri ilə əvvəlcə təhqir etdi, daha sonra söyüş söyməyə başladı. Təşkilatçını çağırıb etirazımı bildirdim. Sonra o insan (Kamil Zeynallı) gedib köməkçimə qarşı əl-qol hərəkətləri atdı, üzərinə meyvələr tullayaraq söyüş söydü. Yanımda qızlar var idi, onları da təhqir etdi.

Həmin vaxt “102” xidmətinə zəng edib onu cəzalandıra bilərdim, amma etmədim. Qızına və həyat yoldaşına hörmət edərək məkanı tərk etdim.

Kim sənə haqq verib ki, məni təhqir edirsən? Mən hər kiməm, özümə görəyəm. Nə qəbahətim varsa, o dünyada cavab verəcəyəm.

İdmançıların qarşısında baş əyirəm. Onlar ölkəmizi, bayrağımızı dünyada tanıdırlar. Amma hansısa düşük hərəkətlər edib, fitneslə məğul olana idmançı deyə bilmərəm. Bu insan idmançı deyil, məşqçidir. Onun “Instagram”dakı videolarına baxın, o, kişiyə yaraşan hərəkətlər etmir.

Geyimimə gəlincə isə illərdir mənim stilim bu cürdür, bunu hamı bilir. İnsanlar məni belə qəbul edirlər.

Sən niyə qudurmusan ki?! Quduranları dövlət cəzalandırır. Mən onu məhkəməyə verəcəyəm. O, qanun qarşısında cavab verəcək”, - deyə Samiraldo bildirib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *