Qaşları başına bəla olan model » AzNews.info -Xəbər portalı

Qaşları başına bəla olan model – FOTO

Qaşları başına bəla olan model


ABŞ-da yaşayan kiprli tələbə Sofiya Hacıpanteli qaşlarına görə, ölümlə hədələnir.

Oxu.Az Hurriyet-ə istinadla xəbər verir ki, model kimi fəaliyyət göstərən 21 yaşlı Sofiya sarısaçlı olsa da, qaşlarını qalın saxlayaraq onları qaraya boyayır.

Qeyri-adi görünüşə malik olan tələbəyə çoxsaylı reklam təklifləri gəlir. Ancaq Hacıpantelinin qaşlarını təmizləmədiyi üçün çirkin göründüyünü iddia edənlər də az deyil. Ənənəvi gözəllik anlayışını pozduğu üçün modelə ölüm təhdidləri belə edilir. Sofiya isə bu hədələrdən qorxmadığını deyir:

“Bu, bizdə irsidir. Instagram-da hər gün izləyici sayım artır. İnsanlar məni təhqir edərək qaşlarımın iyrənc göründüyünü, hətta onların zövqünü pozduğum üçün məni öldürəcəklərini yazırlar. Amma bunlar vecimə deyil və mən özümü belə gözəl hesab edirəm”.

Qaşları başına bəla olan model
Qaşları başına bəla olan model
Qaşları başına bəla olan model
Qaşları başına bəla olan model

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *