Bir neçə dəqiqəlik reklamdan 800 min qazandı – FOTO
Türkiyənin məşhur pop ulduzu Hadisə sərvətinə sərvət qatıb. “Qafqazinfo” xəbər verir ki, bir çox məşhur brendlərin siması olan müğənni yeni bir şirkətlə müqaviləyə imza atıb.
32 yaşlı sənətçi tanınmış mebel firmasının siması seçilib. Hadisə həmin markanın bir neçə dəqiqəlik reklam çarxında iştirak edəcək.
O, bunu qarşılığında 800 min TL qonorar əldə edib.
Qeyd edək ki, Hadisə 10 ildir ki, türkiyənin ən çox pul qazanan ifaçılar sırasındadır. Müğənni bir konsertdən 100 min TL qonorar alır, TV verilişlərində ödənişli əsaslarda qonaq kimi iştirak edir.
Mənbə:> Qafqazinfo