Röya Ayxan Aygün Bəyləri məhkəməyə verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Röya Ayxan Aygün Bəyləri məhkəməyə verdi – FOTO

Röya Ayxan Aygün Bəyləri məhkəməyə verdi


Əməkdar artist Röya Ayxan “ARB” televiziyasının “Səhər-səhər” verilişində ona qarşı sərt ifadələr səsləndirən həmkarı Aygün Bəyləri məhkəməyə verib.

Bu barədə Oxu.Az-a sənətçinin vəkili Vamiq Şükürov məlumat verib.

“Biz Röya xanımın hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etmişik. Onun şərəf və ləyaqətinin təqhir olunması yolverilməzdir. Daha geniş açıqlamanı və təfərrüatı yaxın günlərdə verəcəyik”, - deyə vəkil bildirib.

Röya Ayxan sosial media hesabında A.Bəyləri xanəndə adını ucuzlaşdırmaqda ittiham edib:

“Media nümayəndələrindən xahiş edirəm, bunun adını qalmaqal adlandırmasınlar. Əgər kimsə öz qadınlığına hörmət etmirsə, öz işidir. Mən sənətimə də, işimə də, özümə də hörmət edirəm. Bunu gərək üç il öncə edərdim, amma boynundan atdı. Sübut da etdik, üstünə çox gedib pərt etmək istəmədim. Ona çox keçdim, amma bu dəfə həddini aşdı. Xanəndədirsə, xanəndə adına layiq hərəkət etsin. Mən pop sənətçisiyəm, onun mənimlə, mənim də onunla heç bir əlaqəm yoxdur. Olmadı, olmayacaq da. Bizim oxuduğumuz janrlar başqadır. Amma xanəndələri belə ucuzlaşdırmasın. Dostlarımdan da xahiş edirəm, ona görə mənə heç kim zəng etməsin”.

Qeyd edək ki, A.Bəylər verilişdə Röya haqda bu fikirləri səsləndirmişdi:

“Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Nigarı Röyanın yanına qoysan, sənətdə onu sökər. Qorxmuram... Mən sənət üçün doğulmuşam. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən. Sənəti olmayanlardan danışırsan, xoşum gəlmir. Mən onun səsinə qulaq asa bilmirəm. İlk gələn vaxtlar məndən məsləhət aldı ki, sən bu sənətə tək gəlmisən, mən necə edim?

Çox söhbətlər var. Tədbirə çağırırlar, gedib oxuyur. Biz o vaxt tədbirdə sənətkarlar görəndə salam verməyə qorxurduq. Bunlar yox. Adamın varsa, ödül də alacaqsan. Başına papaq qoy, makiyajsız al bunu. Kimə görə sənətkardır? Buna görə oxumaqdan iyrənirəm. Röyadan qabaq gələnlər var. Mənim fikrim hamıdan artıq olmalıdır. Mən əziyyət çəkmişəm. Saç yapışdırıb, klip çəkib, sənətə gələ bilməzsən”.

Röya Ayxan Aygün Bəyləri məhkəməyə verdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *