Erotik film ulduzu İŞİD-ə belə qoşulur
Son günlərin ən çox danışılan filmi olan “Bozun əlli çaları”nın (50 Shades of Grey) xanım ulduzu növbəti qalmaqallı addım atıb.
ANS PRESS-in məlumaıtna görə, çəkildiyi filmdə erotik səhnələrdəki görüntüsü ilə dillərdən düşməyən aktrisa Dakota Conson bu dəfə fərqli bir imicdə izləyicilərin qarşısına çıxıb. Avtomobil reklamlarından biri əsasında ABŞın “NBC” kanalı skeç (səhnəcik) hazırlayıb.
Skeçdə aktrisa İŞİD-ə qatılan bir qızı canlandırır. Atasının avtomobili ilə İŞİD-ə qoşulmağa gələn aktrisaya atası: “səni aparmağa gələn maşın gəlib deyəsən”, - deyərək ona ehtiyatlı olmağı tapşırır. Qızı isə sakit bir şəkildə: “ata, onlar sadəcə İŞİD-çilərdir”, - deyir.
Gənc qız qaçaraq İŞİD-çi rolunu canlandıranların avtomobilinə minir. Atası isə saqqallı İŞİD yaraqlılarına qızına yaxşı baxmalarını söyləyir. Onlar da buna cavab olaraq “ABŞ-a ölüm” deyib havaya atəş açaraq gedirlər.
Skeçin şüarı isə “İŞİD size atanızdan da alır” qoyulub. Video-çarxın efirə getməsindən sonra sosial şəbəkələrdə aktrisaya qarşı kəskin reaksiyalar göstərilməyə başlayıb. Şərhərdə internet istifadəçiləri tərəfindən İŞİD-in qəddarlığını və yaşatdığı zülmlərin belə sakit bir şəkildə, məsxərəyə qoyaraq göstərməyin düzgün olmadığı yazılıb.
Qeyd edək ki, 25 yaşll Dakota Conson “Bozun əlli çaları”ndakı rolu ilə populyarlaşdı.
Mənbə:> ANSPRESS