Azər Axşamın qulağı cırıldı
Aktyor - aparıcı Azər Axşamın başına iş gəlib.
AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor ötən gün “Qız atası” serialının çəkilişi zamanı zədə alıb.
Ssenariyə uyğun olaraq Azərin başına torba keçirilib. Torbanı başından çıxarmaq istəyərkən qulağına ilişib. Daha sonra çəkiliş heyəti aktyorun qulağının qanadığını görüb.
Məlum olub ki, Axşamın qulağının arxa hissəsi cırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Mənbə:> Qafqazinfo.az