Aparıcı Azər ikinci dəfə evlənir
Aparıcı Azər İsmayılov ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır.
AzNews.info xəbər verir ki, Azər İsmayılov Teleqraf.com-a açıqlamasında toyunun sentyabrın 24-də baş tutacağını deyib: “Sevdiyim xanımla evlənirəm. Əsas odur ki, xoşbəxtəm, ailəm olacaq. Xanımın hansı sahədə çalışdığını demək istəmirəm”.
Aparıcı ilk evliliyi haqda danışmaq istəməyib: “Övladım başımın tacıdır. Hər zaman atası olaraq arxasındayam. Onun heç bir şeyə aidiyyatı yoxdur”.
Xatırladaq ki, Azər İsmayılov aparıcı Vüsalə Əlizadə ilə ailəli olub. Cütlük 2013-cü ildə boşanıb və bir qızları var.
Mənbə:> Teleqraf.com