ANS-in keçmiş aparıcısı Türkiyədə seriala çəkildi
Azərbaycanlı aparıcı və aktrisa Tunay Əliyeva Türkiyədə seriala çəkilib.
AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, o, ATV kanalında yayımlanan “Ölene kadar” serialında rol alıb.
Aktrisa ekran işinin 11-ci bölümündə fahişə obrazında tamaşaçı qarşısına çıxıb.
Qeyd edək ki, Tunay Əliyeva bir vaxtlar ANS telekanalında “Zərif Çərçənbə” verilişinin aparıcılarından biri olub.
Mənbə:> Qafqazinfo.az