“Vasif Məhərrəmli gedib dartdırdığı dərisindən danışsın” – VİDEO
Ötən gün ATV-də yayımlanan “Top Şou“ proqramının qonağı olan müğənni Vasif Məhərrəmliyə peşəkar modellərdən cavab gəlib.
AzNews.info-nun Azxeber.com-a istinadla verdiyi xəbərə görə, “Miss High Life İnternational” gözəllik müsabiqəsinin qalibi Ramina Abasova bu hərəkətin sadəcə gülüş üçün olduğunu bildirib: “Mən nə Azərbaycanda, nə də Avropada bu cür gəzmək görməmişəm. O, sadəcə gülüş obyekti olsun deyə bu cür addım atıb.”
Məşhur model Minara Allahverdiyeva isə, "Hər kəs öz işi ilə məşğul olsa daha yaxşıdır. Məncə bu cür daha yaxşı olar. Son zamanlar Vasifin qadınsayağı hərəkətlərini çox görürəm. Məsələn dərisinin dartılması. Podiumda əyri gəzmək nədir? Mən belə şeylə qarşılaşmamışam" deyə cavab verib.
Qeyd edək ki, proqramın qonağı olan müğənni modellərin gəzmək üslubunu təqlid edərək onları təhqir etmişdi
Mənbə:> Azxeber.com