Xəzər TV üzr istədi, iki əməkdaşını cəzalandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Media

Xəzər TV üzr istədi, iki əməkdaşını cəzalandırdı – AÇIQLAMA

Xəzər TV üzr istədi, iki əməkdaşını cəzalandırdı


Xəzər TV “Hər şey daxil” verilişində Azərbaycan manatının cırılması ilə bağlı açıqlama yayıb. AZADİNFORM xəbər verir ki, açıqlamada deyilir:

"Xəzər televiziyası 2007-ci ildə “Ailənizin Xəzəri” devizi altında yayım fəaliyyətinə başlayıb. Fəaliyyətə başladığı qısa müddət ərzində böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Hər zaman milli-mənəvi dəyərlərin qorunması və təbliği, soy-kökə bağlılıq, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə əsas məqsədimizdir.

Bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində arzuolunmaz hal baş verdi. Belə ki, aparıcı ifa etdiyi “Borc ver” mahnısının təsirində qalaraq ifasını səhnələşdirmək istəmiş və bu zaman qeyri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb.

Məsələ ilə bağlı Xəzər televiziyası rəhbərliyi dərhal toplantı keçirmiş və bu addım qətiyyətlə pislənilib və aparıcı Sevinc Səfərova, rejissor Sevinc Məmmədova cəzalandırılıblar. Baş verən hadisəyə görə üzr istəyirik”.

Mənbə: Azadinform
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *