Röyadan pul qalmaqalına cavab: "Cavab verməli olacaqlar"
Bu gün yerli mətbuatda əməkdar artist Röya Ayxanla prodüseri Kənan Bayramovun "pul" qalmaqalı gündəmi zəbt edib. Ölkə.az saytında yayımlanan xəbərdə qeyd edilir ki, Kənan Bayramov Röyaya "pul atıb".
Məsələ ilə bağlı Röya PrimeTime.Az-a eksklüziv açıqlama verib və xəbəri təkzib edib. Əməkdar artist qeyd edir ki, yayılan söz-söhbətin həqiqətlə heç bir əlaqəsi yoxdur: "Hər kəs bilsin ki, işçilərimə toxunan mənə toxunur. Mən çox ağıllı qadınam və ətrafımda məni sevən, mənə xidmət və hörmət edən adamlar var, olub və olacaq da. Hər kəs ağlına gələni danışmasın. Çünki bundan sonra cavab verməli olacaqlar". Röya qeyd edir ki, bu günə qədər komandasından heç kim ona qarşı dələduzluq etməyib. Başda Kənanın özü olmaqla: "Mən işçilərimi ovcumda saxlayıram. Yeri gələndə, işçilərim öz pullarını belə mənə xərcləyirlər. Bizim ətrafımızda "pul atmaq" söhbəti olmayıb, ola da bilməz". O ki qaldı Kənanla küsülü olmaq məsələmizə, bunun heç kimə aidiyatı yoxdur. Biz illərdir küsmüşük də barışmışıq da. Bu o demək deyil ki, Kənan mənə qarşı belə səhv edib. Bizim komandada hər kəs sadiq insandır".
Mənbə:> PrimeTime.az