Röya: Mən vəhşi qadınam » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Röya: Mən vəhşi qadınam

Röya: Mən vəhşi qadınam


Müğənni Röya Ayxan şou-biznesdə incəsənət adamlarına hörmət qoyulmamasından şikayətlənib.

Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, sənətçi “İncə sənət” verilişinə açıqlamasında maraqlı etiraflar edib:

“Mən vəhşi qadınam. Tək, atayla, anasız böyümüşəm. Bir müddət sonra isə atam da yanımda olmayıb, məni xalq böyütdü. Mənə söz deyəndə tez təsir edir. Məktəb vaxtlarımdan indiyənə kimi döyüləndə belə mənə nə deyilibsə, yadımda saxlamışam. Xəyyamla (müğənni Xəyyam Nisanov – red.) sinif yoldaşı olmuşuq. Onunla 10 ildən sonra duet oxudum. Çünki vaxtında xətrimə dəymişdi. Ona sübut etdim ki, bax gör mən necə qızam. İncəsənət adamlarına hörmət qoyulmur. Açıq geyinirəmsə, normal qəbul edilməlidir. Bunu gözəl görün, sənətdir. Rihanna lüt şəkil qoyanda bəyənirsiniz, yerli ifaçılarımız geyinəndə olur pozğun, tərbiyəsiz? Bu halları ortadan yığışdırıb, sənət adamlarına hörmət qoyun”.

R.Ayxan oğlu Hüseynin eşq macərasından da söz açıb:

“Oğlum elə vurulub ki, dəhşət. Bağçada tədbir olub. Qızlarla rəqs etməliymişlər, bu heç kimlə oynamayıb. Samirənin barmağına brilyant üzük də taxmışam. Oğlumdan 5 yaş böyükdür. Pozitiv qadın olduğum üçün oğluma qarışmayacam. İstəyir beş dəfə evlənsin”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *