Röya əsəbiləşdi: Yoxsa bədənimi satırdım, düz yola gətirdiniz?
Müğənni Röya Ayxan son günlər mediada onunla bağlı yayılan xəbərlərdən bərk əsəbiləşib.
Oxu.Az xəbər verir ki, müğənni bu barədə instagram hesabında yazı paylaşıb:
“Buradan hər kəsə səslənirəm. Gedin, öz vedrənizə sahib olun. “Sən kim idin, ay Röya” deyənlərə səslənirəm. Röya məgər insan deyildi? Yoxsa dilənirdi, adam etdiniz? Yoxsa bədənini satırdı, düz yola gətirdiniz? Mərdi qova-qova namərd edənlər, siz məni gözdən sala bilməzsiniz, çünki məni Allah qaldırdı. Media əhlinə isə buradan səslənirəm. Özünüzə sənət tapın, yaxşı jurnalistlərin adını yerə vurmayın. Hər kim oldumsa, mənim həyatımdır. Müzakirə etmək sizə düşməyib”.
Mənbə:> Oxu.Az