Özbəkistanlı müğənni “əxlaqsız” videolarına görə ölkədən qaçdı – VİDEO 18+
“Əxlaqsız” videolara görə lisenziyadan məhrum olunan özbəkistanlı müğənni Esmeralda Raxmatova (Səhnə adı Tamila) Özbəkistandan Qazaxıstana köçüb.
Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, bundan əvvəl müğənni öz İnstaqram hesabını bağlayıb.
“Özbəknavo” estrada birliyi fevralın 2-də müğənnin sosial şəbəkələrdə açıq-saçıq videolarının yayılması ilə əlaqədar onun lisenziyasını geri alıb.
“Müğənni Esmeralda Raxmatova tərəfindən lisenziya razılaşmasının şərtlərinin pozulmasına görə onun lisenziyanın fəaiyyəti dayandırılır”, - məlumatda deyilir.
Qeyd edək ki, yanvarın 31-də sosial şəbəkələrdə Tamilanın açıq-saçıq görüntüləri yayılıb.
Videonun birində üzü göstərilməyən kişi ondan estrada karyerasına başlamazadan əvvəl nə ilə məşğul olduğunu soruşur. Müğənni isə cavabında şalvarını çıxarır. İkinci videoda Tamila küçədə lüt gəzir.
Mənbə:> Oxu.Az