“Bunu eşidəndə dəhşətə gəldim”
Bunu eşidəndə dəhşətə gəldim.
Axar.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Bir sevgi tarixçəsi" verilişində illər sonra öyrəndiyi həqiqət haqda danışarkən deyib. O, uzun illər yad birini qardaşı bildiyini bildirib:
“Biz 4 qardaşıq, illər sonra öyrəndik ki, sən demə, qardaşlarımızdan biri ögey imiş. Amma anam elə böyük bir qadın, gözəl qəlbə sahib idi ki, o qardaşımızın ögey olduğunu nə bizə, nə ona hiss etdirmişdi. Həmişə yeməyin yaxşı yerini ona verərdi. Mən bu sirri öyrənəndə şoka düşmüşdüm. Elə həmin qardaşım özü də sarsılmışdı. O, sonradan gedib öz anasını tapdı. Amma ona xala, mənim anama isə ana deyirdi”.
Mənbə:> Axar.az