Elza Kim Çen Ina şeir yazdı – VİDEO
“Gecə gəlməz, cücə getməz, sözə yetməz…”
Azərbaycanın tanınmış müğənni-bəstəkarı, əməkdar arstisti Elza Seyidcahan Koreya Xalq Demokratik Respublikasına etiraz olaraq şeir yazıb.
AzNews.info-nun ANS-ə istinadən məlumatına görə, Elza Seyidcahan şeirini ANS TV-nin “Günə baxan” verilişində səsləndirib.
Bu dünya bir oyuncaqdır -
İçi dolu körpələri.
Mən körpənin oyuncağı yeddi notdur,
Başqa bir şey deyil.
Bu dünya oyun-oyuncaqdan başqa bir şey deyil
Kəsmə bükmək deyil,
Vəsmə çəkmək deyil,
Görün, siz nə edir meyil.
Baxın, görün gileyin məğzi,
Küləyin səbəbi,
Oyuncaqları sovurmaq,
Qarlı dağları ovutmaq.
Oyuncaqlar davasının savaşı.
Nə şirin oyuncaq imiş dünya.
Çox ağır bir oyuncaqdır.
Gecə gəlməz,
Cücə getməz,
Sözə yetməz…
Yəni sənə çox şirindi bu oyuncaq, ay körpə?
Ana südü, dağ çiçəyi verdi sənə bu dünya.
Yetməzmi?!
Dəyməz belə savaşa ki, körpələrin “inqə”ləri
Oxu atdın, yayı gizlədin innələri
İynələri saplamadan naxışların nə civarı?
Bu dünya oyun-oyuncaqdan başqa bir şey deyil.
Görün, siz nə edir meyil?
Elə deyil,
Belə deyil
Oyuncaqlaradır fel davasının xəbəri.
Xəbər gəldi o taydan,
Yekə bir oyuncaqdan.
Oyun çıxdı nə boyda,
Uzunluğu bu boyda.
Boydan-boya düzdülər,
Düzdülər ha, düzdülər.
Başqa bir şey deyil.
Bu dünya oyun-oyuncaqdan başqa bir şey deyil.
Mənbə:> ANSPRESS