“Bu geyimimə iki min pul vermişəm”
Aysel Əlizadə geyimlərinə xərclədiyi pulların məbləğini açıqlayıb.
Gecce.az xəbər verir ki, geyiminə xüsusi diqqət yetirən Aysel bir otaq dolusu qiyafələrə sahib olsa da, hər zaman dərt yanır.
“İki bacıyıq. Böyük bacım ailəlidir.Evin son beşiyiyəm. Hazırda yaşadığım ev kirayədir. Öz evimiz təmirdədir. Bura çox genişdir. Mən geniş evi çox xoşlayıram.
Qarderobum üçün ayrıca otaq ayırmışam. Düzdür, qarderob ağzına kimi doludur. Amma yenə də deyirəm ki, geyinməyə heçnəyim yoxdur. Bütün günü göz önündə olduğumuz üçün bir geyimi tekrar istifadə edə bilmirik.
“Bu geyimdən bezmədiz?” deyə instagramda yazırlar. Elə paltar var ki, iki min pul vermişəm. Eləsi də var ki, 50 manat vermişəm. Qazandıqlarım elə geyimləırimə gedir.“
Mənbə:> Gecce.Az