Bellucci soyundu » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Bellucci soyundu – FOTO

Bellucci soyundu


Müasir dövrün ən seksual qadınlarından biri - italyan aktrisası və modelyeri Monika Belluççi məşhur italyan jurnalı GQ üçün soyunub.

ANS PRESS-in məlumatına görə, 51 yaşlı cazibədar aktrisa fotosessiyada alt paltarında çəkilib.

Yaşına baxmayaraq qara saçlı gözəlçə açıq-saçıq fotosessiyalarda iştirak etməyə davam edir. Bütün fotosessiya ərzində Monika yorulmayıb, kadrlar isə olduqca açıq və cəzbedici alınıb. Monika Belluççinin təsiredici gözəlliyi zamana tabe olmayıb. Aktrisa iyirmi il əvvəl olduğu kimi ehtiraslı, çiçəklənən qadın və gözəlliyi ilə həmişəlik pərəstişkarların fantaziyalarına girib.

Bellucci soyundu

Monika Belluççinin yeni şəkilləri

Fotolarını müşaiyət edən müsahibəsində Monika əri aktyor Vensan Kassellə boşandıqdan sonra yaşadığı hislərindən danışıb."Bu qərarı qəbul etmək nə qədər ağır və çətin olsa da, davam etmək o qədər çətin idi".

Bellucci soyundu


Yalnızlıq haqqında suala aktrisa gülərək belə cavab verib: "Mən təkəm? Kim dedi? Mən həyatdan həzz almaq istəyirəm. Mən delikateslərdən yeyib ləzzət almağı, içməyi, sevgiylə məşğul olmağı sevirəm. Bu mənim üçün həyatın gözəlliyidir. Qalan xırda şeylərdir. Sən arıqladın və ya kökəldin, səndə qırışlar var, ya yox… Cəfəngiyatdır".


Bellucci soyundu

Monika Belluççi 1964-cü il sentyabrın 30-da İtaliyanın Çitta-De-Kastello şəhərində anadan olub. Atası Luici Belluççi adi kəndçi, rəssam anası Mariya Qustanelli olan Belluççinin bir arzusu olub - vəkil olmaq. Bu arzunun reallaşması üçün isə o, “Perudci Universiteti”nə qəbul olmalı idi.

Bunun üçün isə pul lazım idi. Monika arzusunu nəyin bahasına olursa olsun reallaşdırmaq məqsədi ilə 16 yaşında “Liceo Classico” model agentliyi ilə müqavilə bağlayıb. Qlamur həyat tərzi Monikaya o qədər ləzzət edib ki, o uşaqlıq arzusundan imtina etməli olub.

Bellucci soyundu


Monika Belluççi iki dəfə ərdə olub. O, iki uşağının atası olan moda fotoqrafı Klaudio Karlos Vassodan boşanandan sonra aktyor Vensan Kassellə yaşamağa başlayıb. Münasibətlərinin yaranmasından bir il sonra onlar rəsmən evləniblər. Lakin Vensan və Monika 2013-cü ildə boşanıblar.

Belluççi öz karyerasına moda biznesində başlayıb, daha sonra qısametrajlı filmlərdə rol almaqla məşhurlaşıb. 51 yaşının olmasına baxmayaraq o, hələ də yaraşıqlı və cazibədar görkəmə malikdir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *