Monika Belluççidən 10 sitat » AzNews.info -Xəbər portalı

Monika Belluççidən 10 sitat

Monika Belluççidən 10 sitat


Ötən il 50 yaşını qeyd edən, hələ də gözəlliyini qoruyub saxlayan məşhur italiyan aktrisası Monika Belluççi dünya kino tarixinə öz adını yazdırmış qadınlardandır.

AzNews.info Axşam.az-a istinadən tanınmış aktrisanın müsahibələrindən seçilmiş sitatları təqdim edir.

"Mən heç vaxt arıq olmayacam. Təbiətcə kifayət qədər tənbələm. Yeməyi sevirəm. Mən təbiiyəm - beləyəm və saxta olmaq niyyətində deyiləm".

"Heç kim bizə məxsus deyil: nə bizim ərimiz, nə də uşaqlarımız. Biz yalnız sevdiyimiz insanlarla nəyisə bölüşə bilərik".

"Paxıl insanlara nifrət etmək lazım deyil. Çünki onlar bilirlər ki, sən daha yaxşısan".

"Hər bir qadının sevilən olmaq xoşuna gəlir".

"Qadınlıq — bu harmoniyadır, təbiilik və hissiyyatdır".

"İnsanın biliyi texnologiyalar sahəsində əhəmiyyətli dərəcədə inkişaf edib — amma hisslər sahəsində yox".

"Məncə, gənclik və gözəllik hansısa varlının məşuqəsi olmaq, sonsuz şənliklərdə ömrünü puç etmək demək deyil. Gözəllik bizə bu dəli dünyada harmoniyanı, sevgini və mənanı əldə etməyə kömək etməlidir".

"Qadın elə sevə bilər ki, sanki heç vaxt tərk etməyəcək. Amma bir gün elə tərk edə bilər ki, sanki heç vaxt sevməyib".

“Gözəllik iki halda qadın üçün problemə çevrilir: o olmayanda və ondan başqa heç nə olmayanda”.

“Kişilər öz güclərini qadınların hesabına saxlamaq istəyirlər. Оnlar azad və gözəl qadınlardan qorxurlar, yanlarında özlərini güclü hiss edəcəkləri balaca qızcığazlara meyillənirlər”.

Mənbə: Axşam.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *