Aygün Kazımova: Natavan Həbibi barədə dediyimi təkzib edirəm
Xalq artisti Aygün Kazımova İnstaqram hesabında müğənni Natavan Həbibi ilə aralarında yaşanan məhkəmə prosesindən yazıb.
Oxu.Az xəbər verir ki, Kazımova həmkarı haqqında dediklərini təkzib edib, lakin üzr istəməyib:
“Qeyd edim ki, mən öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natavan Həbibi barədə dediyimi təkzib edirəm”.
Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə Aygün Kazımova Natavan Həbibinin ünvanına işlətdiyi yalan məlumata görə, təkzib verməli və təhqiramiz ifadələrə görə üzr istəməli idi.
Mənbə:> Oxu.Az