Zövq pulla alınmır! – FOTO
Hər bir insanın geyimində istifadə etdiyi rənglər onun haqqında çox sözlər deyir.
Rəngləri uyğun seçmək, bir-birinə uyğunlaşdırmaq, yüksək zövq göstəricisidir desək, yanılmarıq. İndi insanlar bahalı, brend geyimlərə, aksessuarlara üstünlük verməyə can atırlar. Amma bu hər kəsə qismət olmur.
Burada əsas nüans gözdən qaçır. Zövqü pulla almağa gərək yoxdur. Yetər ki, siz azacıq fərqli, rəngli və kreativ olun. Hətta ucuz, amma zövqlə geyinsəniz, hər kəsin nəzər və diqqəti üzərinizdə olacaq. Buna heç şübhəniz olmasın.
Oxuculara kiçik bir köməklik göstərmək istəyirik. Məhz sizə təqdim etdiyimiz rəng tonları sayəsində geyim və aksessuar seçərkən heç də yanılmayacaqsız.
Mənbə:> ANSPRESS