Ayı ilə döyüşə 5 saat sərf elədi
Amerikalı aktyor Leonardo Di Kaprionun Oskara namizədliyini təmin edən “Diriliş” filmi ilə bağlı maraqlı fakt üzə çıxıb.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis qrim ustası Denkan Ceyms aktyorun üzündə və bədənində dərin izlərin olduğu təəssüratını yaratmaq üçün onun gündə 5 saat makiyaj olunduğunu açıqlayıb.
O, ayı ilə döyüş səhnələrindən sonra yaranan yaraların daha təbii görünməsinə görə Di Kaprionun bu hissəyə böyük önəm verdiyini deyib.
Qeyd edək ki, Leo “Diriliş” filmində canlandırdığı obraza görə “Ən yaxşı aktyor” nominasiyasında Oskar mükafatına namizəd olub.
Mənbə:> Axar.az