Belqrad küçələrindən birinə Bəxtiyar Vahabzadənin adı verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Belqrad küçələrindən birinə Bəxtiyar Vahabzadənin adı verildi – FOTO

Belqrad küçələrindən birinə Bəxtiyar Vahabzadənin adı verildi


Serbiyadakı səfirliyimiz Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və burada yaşayan həmvətənlərimizin təşəbbüsü ilə görkəmli şairimiz Bəxtiyar Vahabzadənin bu ölkədə yaxından tanıdılması və adının Belqrad şəhərinin küçələrindən birinə verilməsi üçün şəhər meriyasına müraciət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli şair Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi barədə müvafiq Sərəncamını əldə rəhbər tutaraq atılan bu addımla əlaqədar şəhər meriyası və ölkə parlamentinin iyunun 23-də keçirdiyi iclasda Belqradın Tsrnotravske küçəsindən başlayaraq Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsinədək olan hissəsinə Bəxtiyar Vahabzadənin adının verilməsi haqqında qərar qəbul edilib.

Belqrad küçələrindən birinə Bəxtiyar Vahabzadənin adı verildi

Xalq şairi Bəxtiyar Vahabzadə

Qeyd edək ki, bu küçə səfirliyimizin binasına yaxın yerdə və şəhərin ən görkəmli hissəsində yerləşir. Səfirliyimizin müraciətinə Belqrad şəhər meriyasının müsbət cavab verməsi, heç şübhəsiz, Azərbaycanın apardığı məqsədyönlü xarici siyasətin məntiqi nəticəsi, beynəlxalq aləmdə, o cümlədən Qərbi Balkanlar və Serbiyada ölkəmizin davamlı artan nüfuzunun, eləcə də dost və strateji tərəfdaş Serbiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərin növbəti bariz nümunəsidir.

Belqrad küçələrindən birinə Bəxtiyar Vahabzadənin adı verildi

Bəxtiyar Vahabzadənin dəfn mərasimi

Xalqımızın ləyaqətli oğlu, vətənpərvər ziyalımız, görkəmli şair Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ərəfəsində onun xatirəsinə hörmət və ehtiram kimi qəbul oluna biləcək bu hadisənin ümumilikdə doğma Vətənimizin zəngin ədəbi irsinin Serbiyada yaxından tanınmasına, eyni zamanda, Azərbaycan-Serbiya əməkdaşlığının dərinləşməsinə töhfə verəcəyini əminliklə qeyd etmək olar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *