Ən nüfuzlu mahnı müsabiqəsi artıq AzTV-də
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti dünya teleməkanında ən nüfuzlu mahnı müsabiqəsi sayılan “The Voice of” (“Səs”) layihəsinə start verib.
QSC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Niderlandın “Talpa” İnternational B.V. şirkətinə məxsus “The Voice of” (“Səs”) layihəsinin lisenziyası Azərbaycan Televiziyasına verilib.
AzTV-nın bu musiqi müsabiqəsini payizda – yeni televiziya mövsümündə tamaşaçılara təqdim etməsı gözlənilir.
Qeyd edək ki, bu müsabiqə dünyanın 50-dən çox ölkəsinin nüfuzlu telekanallarında yayımlanır.
Mənbə:> Oxu.Az