“Üzüklərin əfəndisi”nin Sarumanı vəfat etdi
Kristofer Li 93 yaşında vəfat edib, The Telegraph mərhumun həyat yoldaşına istinadən bildirib.
Oxu.Az xəbər verir ki, “Ulduz müharibəsi”, “Üzüklərin əfəndisi” filmlərində oynayan və şər qüvvələrinin ən məşhur təmsilçisinə çevrilən aktyor bazar günü Londonda vəfat edib.
Ölümün səbəbi üç həftə ağciyər xəstəliklərindən müalicədən sonra ürək dayanması olub.
Aktyorun ölümü ilə bağlı Londonun meri Boris Conson başsağlığı verib.
Mənbə:> Oxu.Az