“Zuleykha”-nın çiçəkləri! » AzNews.info -Xəbər portalı

“Zuleykha”-nın çiçəkləri! – FOTO

“Zuleykha”-nın çiçəkləri!


Ölkəmizdə 2000- ci ildən bu günə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş gül bayramı keçirilir. Hər il may ayının 10-u dünyanın 50- dən çox ölkəsindən gətirilən minlərlə çiçək növləri müxtəlif kompozisiyalarla parkları bəzəyir, məmləkətimizin hər bir küncündə bu əlamətdar günü qeyd edən tədbirlər təşkil edilir. Bu il də görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş güllərdən yaradılan valehedici instalyasiyalar paytaxt sakinlərinə, eləcə də şəhərə gələn qonaqlara bayram əhval-ruhiyyəsi yaşadır.

AzNews.info xəbər verir ki, belə bir özəl gündə “Zuleykha” müasir qadın jurnalının əməkdaşları da oxucularına maraqlı layihə təqdim edir. Bugünə qədər jurnalda dərc olunan məqalələrin, müsahibələrin müəlliflərinin əl yazısının şahidi olurdunuzsa, bu gün jurnalda əməyi keçən xanımların simalarını da görəcəksiniz, lakin fərqli obrazlarda. Layihənin maarifləndirici məqsədi çiçəklərin adlarını tanıtmaqla ölkə səviyyəsində keçirilən bu əlamətdar bayramı qeyd etməkdir.

“Wax Flowers” gül butikinin layihəyə göstərdiyi dəstək sayəsində “Zuleykha”-nın yaradıcı heyəti jurnalın adının hər bir hərfinə müvafiq güllər seçərək hər xanıma fərqli gül kompazisiyası həsr etmişdir. Beləliklə, jurnalın adı çiçəklər və xanımların fərqli obrazları vasitəsilə nümayiş olunmuşdur. Maraqlısı budur ki, xaricdən gətirilən və yalnız təbii üsulla becərilən bu əcnəbi güllərə gözəllik verən butikin konseptinə uyğun olaraq istifadə olunan təbii materiallar- saman sapları, təbii yarpaqlar, ağac və dəmir məftil kimi aksesuarlar oldu.

Gül bayramınızı təbrik edirik, əziz xanımlar!

Hazırladı: Gülnar Məmmədova
Florist: Teymur Məmmədov
Makiyaj: Pərvanə M./Elayla Beauty Studio
Foto: Rasim Akifoğlu

“Zuleykha”-nın çiçəkləri!
“Zuleykha”-nın çiçəkləri!
“Zuleykha”-nın çiçəkləri!
“Zuleykha”-nın çiçəkləri!
“Zuleykha”-nın çiçəkləri!
“Zuleykha”-nın çiçəkləri!
“Zuleykha”-nın çiçəkləri!
“Zuleykha”-nın çiçəkləri!

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *