Sevda Ələkbərzadənin yeni klipi » AzNews.info -Xəbər portalı

Sevda Ələkbərzadənin yeni klipi – VİDEO+FOTO

Sevda Ələkbərzadənin yeni klipi


Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə görkəmli bəstəkar Səid Rüstəmovun "Getmə, getmə" mahnısına çəkilən klipi təqdim edib. Klip rejissor Ramil Ağasiyevin tezliklə ekranlara çıxacaq "Arzuların ardınca" adlı filmi əsasında çəkilib. Mahnının aranjemanı Muxtar Abseynova məxsusdur.

Melodrama janrında lentə alınmış "Arzuların ardınca" filmi baş qəhrəman Kamilin həyatının son aylarından bəhs edir. Ömür boyu tənha yaşayan və həyatda sevginin nə olduğunu bilməyən Kamil üçün yeganə məşğuliyyət onun işidir. Xəstəxanada qoyulan xərçəng diaqnozu ilə hər şeyin bitdiyini zənn edən Kamilin ağlına belə gəlməzdi ki, onun yaşayacağı son aylar, artıq yaşadığı 30 ildən qiymətli olacaq.

Xəstəxanada Arzu ilə tanış olan Kamil bu günə kimi sevgiyə bənzətdiyi bütün hisslərinin yalan olduğunu anlayır. İlk görüşdən Kamil başa düşür ki, Arzu onun ağacındakı son yarpağıdır.



Amma onları birləşdirən tək hisslər deyil. Həm Kamilin, həm də Arzunun həyatda çoxlu arzuları var. Onlar xəstəliyi unudub sadəcə yaşamağa, hiss etməyə, xoşbəxt olmağa çalışırlar. Arzu Kamilin itirdiyi keçmişi tapır. Kamil isə ona arzuladığı gələcəyi göstərir. İndi onların ortaq bir arzusu var, xərçəngdən daha böyük...

Ekran əsəri may ayının 14-dən etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək. Filmin quruluşçu rejissoru Ramil Ağasiyev, prodüserləri Asif Rəhimov və Rauf Ağasıyev, ssenari müəllifi Mehman Rəsulov, operatoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Elgün Vəliyev, qrim ustası Natalya Oleqovna, səs rejissoru Fuad Allahverdiyev, rəng korresiyası Nİcar Zeynallı, montajçısı isə Nicat Zeynallıdır. Filmdə Ziya Ağa, Zarina Qurbanova, Vaqif Əsədov, Rasim Cəfər, Aynur Hüseyn və Flora Hüseynova çəkiliblər.

Sevda Ələkbərzadənin yeni klipi

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *