“Eurovision 2019”da şounu Azərbaycan təmsilçisi bağlayacaq
İsrailin paytaxtı Tel-Əvivdə keçiriləcək sayca 64-cü “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində ölkələrin hansı nömrə altında çıxış edəcəkləri dəqiqləşib.
Virtualaz.org bildirir ki, mayın 14-də start götürəcək mahnı yarışmasında Azərbaycan təmsilçisi ikinci yarımfinalda, yəni mayın 16-da, 18-ci nömrə altında çıxış edəcək. Bu isə o deməkdir ki, bu il bütün finalçıları müəyyənləşdirəcək gecənin bağlanışını Azərbaycan təmsilçisi edəcək.
Qeyd edək ki, ölkəmizi nüfuzlu müsabiqədə müğənni Çingiz Mustafayev “Truth” (Həqiqət) adlı bəstə ilə təmsil edəcək.
“Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).
Mənbə:> Virtualaz.org