Azərbaycanlı aktyor: "Yolda biri məni saxlayıb dedi ki, mənim qızlarım da, kürəkənlərim də səninkilər kimidir" » AzNews.info -Xəbər portalı

Azərbaycanlı aktyor: "Yolda biri məni saxlayıb dedi ki, mənim qızlarım da, kürəkənlərim də səninkilər kimidir" – FOTO

Azərbaycanlı aktyor: "Yolda biri məni saxlayıb dedi ki, mənim qızlarım da, kürəkənlərim də səninkilər kimidir"


Aktyor Teymur Məmmədovun Milli.Az-a müsahibəsi.

- Teymur bəy, sizi Şuşa Dövlət Dram Teatrının yaradıcılarından biri kimi tanıyırıq. İstərdim söhbətimizə bu teatrdan danışmaqla başlayaq.

- Mən 1982-ci ildə Mədəniyyət və İncəsənət universitetinin dram və kino aktyoru fakültəsini bitirmişəm. Görkəmli sənətkar Nəsir Sadıqzadənin kursunda təhsil almışam. Uzun illər Şuşa Dövlət Mədəni Maarif texnikumunda ixtisas müəllimi işləmişəm. Sənət yoldaşlarımla birlikdə çalışıb-vuruşduq, dərnək səviyyəsində olan Şuşa Dövlət Dram teatrının yaradıcıları olduq.

- Teatr, kino yoxsa serial?

- Teatr məbəddir, iş yerimizdir. Necə ki, balıq sudan ayrı yaşaya bilmir, aktyor da teatrdan ayrı yaşaya bilməz. Amma dolanışıq üçün, yaşayış üçün seriala da, filmlərə də çəkilmək lazımdır.

- Uzun illərdir ki, "Qız atası" serialında çəkilirsiniz. 4 qız atası olmaq çətin deyil ki?

- Xeyr, vallah yox. Bu günlərdə biri məni yolda saxlayıb dedi ki, mənim qızlarım da, kürəkənlərim də səninkilər kimidir. Həyatda da 4-5 qız atası olan valideynlər var. Gözəl sənətkarımız Allahverdi Yolçuyevi misal göstərə bilərəm. 4-5 qızı yerbəyer edib, onları ər evinə köçürən atanın yeri cənnətlikdir.

- Teymur Məmmədov həyatda necə insandır?

- Sənət adamları necə, mən də elə. Biz sadə, səmimi adamlarıq. Bizi tez inandırıb, aldadıb, küsdürmək mümkündür. Əlimizdə olanlarla qane olan adamlarıq. Mən göründüyüm kimiyəm, həyatda fərqli biri deyiləm.

- Tez aldanıb, küsmüsüz?

- (Əynindəki geyimi göstərərək). Üzr istəyirəm, bu materialdan köynək olar da?! Bu materialdan şuba tikmək olmaz kı! Bu da mənim materialımdır. Allahın mənə verdiyi bir xüsusiyyətdir. Mənim əlimdən çox iş gəlir, amma pul qazanmaq mənlik deyil.

- Niyə pul qazana bilmirsiz?

- Pul qazanmaq üçün kələk gəlmək, aldatmaq lazımdır. Vaxt elə gəlib ki, aldatmasan, düzgün yolla pul qazanmaq mümkün deyil. 25 il olacaq ki, sənətdəyəm. Amma həyatda elə şeylər var ki, onlara nail olmamışam.

- Buna görə peşimansınız?

- Hə, gərək bir az zəmanə adamı olmağı bacaraydım. Başıma gələnlərin çoxu zəmanə adamı ola bilməməyimdəndir.

- Sənətdə rəqibiniz çoxdur?

- Təki rəqiblər sənətdə çox olsun! Sənət məktəbdir, sənət yaradıcılıqdır. Çox istərdim ki, gənclər də sənətlə ciddi şəkildə məşğul olsunlar.

- Komediya filmləri sizi qane edir?

- Moskva birdən qurulmayıb ki?! Seriallarımız yaxşıdır, əsas odur ki, axtarışlar gedir.

- Özünüzü hansı janrın aktyoru sayırsınız?

- Çoxu məni komediya aktyoru adlandırır. Amma mən teatrda komediyanı da ürək ağrısı ilə oynayıram. Teatrda "Dağılan Tifaq", "Bəxtsiz cavan" tamaşalarında faciəvi rollar oynamışam.

Azərbaycanlı aktyor: "Yolda biri məni saxlayıb dedi ki, mənim qızlarım da, kürəkənlərim də səninkilər kimidir"
Azərbaycanlı aktyor: "Yolda biri məni saxlayıb dedi ki, mənim qızlarım da, kürəkənlərim də səninkilər kimidir"
Azərbaycanlı aktyor: "Yolda biri məni saxlayıb dedi ki, mənim qızlarım da, kürəkənlərim də səninkilər kimidir"

Mənbə: Milli.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *