“Oskar” mükafatının təltifetmə qaydaları sərtləşdirilib » AzNews.info -Xəbər portalı

“Oskar” mükafatının təltifetmə qaydaları sərtləşdirilib

“Oskar” mükafatının təltifetmə qaydaları sərtləşdirilib


“Oskar” mükafatının təltifetmə mərasiminə yeni qaydalar tətbiq edilir. Bununla belə, “Oskar”ın təşkilatçıları son təltifetmə mərasimində laureatın adının səhv deyilməsi ilə bağlı qalamaqala baxmayaraq, “Price Waterhouse Coopers” şirkətin xidmətlərindən istifadəyə davam edəcək.

Bu barədə AzNews.info Report-a istinadən xəbər verir.

Xatırladaq ki, son mərasimdə ən yaxşı film nominasiyasında “Ay işığı” filmi əvəzinə “La La Lend” müzikli elan edilib. Qarışıqlığın səbəbkarı kimi qaliblərinin adları olan zərfləri səhv salan “Price Waterhouse Coopers” şirkətinin idarəedici tərəfdaşı Brayan Kullinan göstərilib.

Şirkətin prezidenti Bun İsaaks “Oskar” təşkilatçılarına ünvanladığı məktubda şirkətdə yeni, o cümlədən, mərasim zamanı pərdə arxasında hər hansı mobil cihazdan istifadəni qadağan edən qaydaların tətbiq olunduğunu yazıb.

Həmçinin yeni qaydalara əsasən, mərasimdə şirkətin iki yox, üç nümayəndəsi iştirak edəcək. Üçüncü əməkdaş bütün mərasim ərzində rejissorun otağında olacaq.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *