“Qəbələnd” istirahət və əyləncə mərkəzində həvəskar rəssamın əl işlərindən ibarət fərdi sərgi təşkil olundu
AzNews.info xəbər verir ki, Qəbələ rayonunda yay mövsümündə xarici və yerli turistlərə mədəni xidmətlərin təşkilinə dair tərtib olunmuş tədbirlər planına əsasən Qəbələ Dövlət Rəsm Qalereyası silsilə tədbirlər təşkil edir. 22 iyun tarixində "Qəbələnd" istirahət və əyləncə mərkəzində həvəskar rəssam Ruzanna Bəşirovanın əl işlərindən ibarət fərdi sərgi təşkil olunmuşdur. Sərgi rayon ictimaiyyəti və qonaqlar tərəfindən maraqla qarşılandı. Canlı musiqi və rəqslər sərgini daha da canlandırdı.
Mənbə:> AZNEWS.INFO