Zaqatala rayonunda rəsm əsərlərinin satış-sərgisi təşkil olunur » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Foto

Zaqatala rayonunda rəsm əsərlərinin satış-sərgisi təşkil olunur

Zaqatala rayonunda rəsm əsərlərinin satış-sərgisi təşkil olunur

AzNews.info xəbər verir ki, Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin, Rəsm qalereyasının təşkilatçılığı ilə Yay mövsümündə rayonda turizmin inkişafına dəstək vermək, insanların asudə vaxtının təşkili, Rəsm Qalereyasının işinin, yerli rəssamların tanıdılması məqsədi ilə “Dədə Qorqud” meydanında hər gün qrafik əsasında rəsm əsərlərinin satış sərgisi təşkil olunur. Sərgidə yerli rəssamlar öz rəsm əsərlərini sərgiləməklə yanaşı açıq havada müxtəlif əsərlər yaradırlar. Sakinlərin və şəhərin qonaqlarının diqqətini cəlb edən sərgi mövsüm boyunca qrafik əsasında adları çəkilən yerli rəssamların rəhbərliyi ilə keçiriləcəkdir: Sərdari Afaq – bazar ertəsi, İsakova Gülzar – çərşənbə axşamı, Əfəndiyeva Məlahət – çərşənbə, Şabanova İlhamə – cümə axşamı, Məmmədov Çingiz – cümə, Cəlilov Oruc – şənbə, Həsənova Qəmər – bazar


Zaqatala rayonunda rəsm əsərlərinin satış-sərgisi təşkil olunur

Zaqatala rayonunda rəsm əsərlərinin satış-sərgisi təşkil olunur

Zaqatala rayonunda rəsm əsərlərinin satış-sərgisi təşkil olunur

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *