Lənkəranda turizm işçiləri üçün təlimlər başa çatıb » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Lənkəranda turizm işçiləri üçün təlimlər başa çatıb

Lənkəranda turizm işçiləri üçün təlimlər başa çatıb

AzNews.info xəbər verir ki, Lənkəran şəhər Heydər Əliyev Mərkəzində cənub bölgəsində çalışan turizm işçiləri üçün təşkil edilmiş təlimlər başa çatıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyədən gəlmiş mütəxəssislərin iştirakı ilə 8 gün davam edən təlimlərin iştirakçılarına sertifikatlar verilib.

Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və ölkəmizdə turizm potensialının genişləndirilməsi bu sahədə çalışanların təcrübəsinin artırılmasını tələb edir.

Xarici turist axınının güclənməsi nəzərə alınaraq xüsusilə bölgələrdəki istirahət mərkəzlərində, mehmanxana və otellərdə xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yaranır.

Türkiyəli turizm mütəxəssisi Cazzi Özdemir təlimlər haqda məlumat verərək deyib: “Təlimlərimiz həm praktiki, həm də nəzəri şəkildə təşkil olundu. Buradakı turizm obyektlərində çalışanlara onlar üçün faydalı olacaq təcrübələrimizi paylaşdıq. Onlar da gələcəkdə bu təlimdə öyrəndiklərini iş zamanı tətbiq edəcəklər. Fikrimcə yaxşı nəticə əldə olunacaq”.

Tədbir çərçivəsində mütəxəssis qrupu Lənkəran, Astara və Lerik rayonlarının turizm istirahət mərkəzlərində çalışanlar arasında təlimlər keçiriblər. Təlimlərdə uğurla iştirak edən 100 nəfərə sertifikatlar verilib.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *