“Uşaq Kitab Karvanı Şimal bölgəsində” » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

“Uşaq Kitab Karvanı Şimal bölgəsində” - FOTO

“Uşaq Kitab Karvanı Şimal bölgəsində”

AzNews.info xəbər verir ki, “Uşaq Kitab Karvanı Şimal bölgəsində” səyyar kitab sərgisi Xaçmaz rayonunda keçirilmişdir

12 iyun tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2016-cı il – “Multikulturalizm İli”nə həsr olunan “Uşaq Kitab Karvanı Şimal bölgəsində” səyyar kitab sərgilərini Xaçmaz rayonunda davam etdirdi. Uşaq Kitab karvanını Xaçmaz rayon Mərkəzi kitabxanası qarşıladı. Bayram tədbiri Xaçmaz rayon Uşaq Kitabxanasında keçirildi. Tədbirdə Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Fərid Musayev, TİKA(Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi), Təhsil, Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları, məktəblilər iştirak edirdi. Uşaqlar tədbirdə öz sevimli yazıçıları – Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Zahid Xəlil, Gülzar İbrahimova ilə görüşdülər. Şən musiqi sədaları altında keçən tədbirdə uşaqlar Azərbaycana, ulu öndərə, kitab, vətənə aid şeirlər söylədilər. Tədbirdən sonra uşaqlarla “Ən yaxşı nağıl bilicisi” adlı müsabiqə keçirildi. Müsabiqədə daha çox xal qazanan oyunçu- qalib müəyyən edildi, “Nağıl bilicisi” medalını Xaçmaz rayon 8 saylı məktəbin VI sinif şagirdi Quliyev Nicat qazandı. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla xanım qalibə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalının bir il pulsuz hədiyyə olaraq veriləcəyini bildirdi. Digər fərqlənən iştirakçılara da kitabxana tərəfindən hədiyyələr verildi. Tədbirdə uşaqlar yazıçılarla sıx təmasda oldular, onları maraqlandıran suallara cavab aldılar. Tədbir kitab sərgilərinin nümayişi ilə başa çatdı. F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1000 nüsxədən çox hədiyyə kitab bağlamalarını Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Azad Əlifxanova təqdim etdi. Hədiyyə kitabları içərisində azsaylı xalqların mədəniyyətini özündə əks etdirən uşaq ədəbiyyatı nümunələri də var idi. TİKA-nın Azərbaycandakı nümayəndəliyin rəhbəri Mustafa Haşim Polat Türk uşaq ədəbiyyatından 200-dən çox nüsxə kitabı uşaqlara hədiyyə etdi.
“Uşaq Kitab Karvanı Şimal bölgəsində”

“Uşaq Kitab Karvanı Şimal bölgəsində”

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *