“Uşaq Kitab Karvanı Şimal bölgəsində” layihəsinə start verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

“Uşaq Kitab Karvanı Şimal bölgəsində” layihəsinə start verildi

“Uşaq Kitab Karvanı Şimal bölgəsində” layihəsinə start verildi

AzNews.info xəbər verir ki, 09-15 iyun 2016-cı il tarixində keçiriləcək “Uşaq Kitab Karvanı Şimal bölgəsində” çərçivəsində təşkil edilən səyyar kitab sərgiləri respublikanın şimal bölgəsini - Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarını əhatə edəcək.

Tədbirin keçirilməsində əsas məqsəd respublikanın şəhər və rayon MKS və filiallarda uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb etmək, səyyar sərgilərin keçiriləcəyi həmin rayonlarda uşaqların oxu ehtiyacını təmin etməkdir. Eyni zamanda kitab karvanı keçən yerlərdə ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək, uşaqların asudə vaxtlarının təşkilində böyük xidmətləri olan kitabxanaların müsbət imicinin artması hədəf seçilib. Artıq dördüncü dəfədir ki, təşkil edilən kitab karvanında F. Köçərli adına Respublika Uşaq Kitabxanasının nümayəndələri, uşaq yazıçılarından Zahid Xəlil, Gülzar İbrahimova, Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, uşaq ədəbiyyatı tədqiqatçısı, tərcüməçi-yazar Füzuli Əsgərli və digərləri iştirak edəcəklər. Hər bir rayon üçün nəzərdə tutulan kitab bağlamasında nəşriyyatların, yazıçıların da hədiyyəsi olmaqla, təxminən min nüsxə son illərdə nəşr olunan uşaq ədəbiyyatı nümunələri rayon kitabxanalarına hədiyyə olunacaq. Kiçik yaşlı uşaqlar arasında “Nağıl bilicisi” adlı müsabiqə keçiriləcək, qalib “Nağıl bilicisi” medalı ilə təltif olunacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə baş tutan “Uşaq Kitab Karvanı” 2011-ci ildə “Uşaq Kitab Karvanı İpək yolu ilə“ – (Goranboy, Gəncə, Şəmkir, Ağstafa, Tovuz, Qazax), 2012-ci ildə “Uşaq Kitab Karvanı - Cənub bölgəsində” - (Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı), 2013-cü ildə isə “Uşaq Kitab Karvanı- Şirvan yolunda” – (Şirvan, Saatlı, Hacıqabul, Sabirabad, İmişli, Beyləqan) adı altında keçirilib.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *