Elbrus Vahidovun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Elbrus Vahidovun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir - FOTO

Elbrus Vahidovun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

AzNews.info xəbər verir ki, 13 iyun 2016-cı il tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ömrünün 47 ilini Azərbaycan kinosuna xidmətdə keçirən, Azərbaycan kino sənətinin tanınmış nümayəndəsi, istedadlı qrim rəssamı Elbrus Vahidovun 65 illiyi münasibətilə yubiley tədbiri keçirildi.

Elbrus Vahidov 1969-cı ildə əmək fəaliyyətinə başladığı “Azərbaycanfilm” kinostudiyasında bu günədək 50-yə yaxın bədii filmdə müxtəlif xarakterli obrazlar yaratmışdır. O, “Tütək səsi”, “Ad günü”, “Xoşbəxtlik qayğıları”, “Yeddi oğul istərəm”, “Uzun ömrün akkordları”, “Özgə ömür”, “Yaramaz”, “Təhminə”, “Özgə vaxt”, “Yalan”, “Tərsinə çevrilən dünya”, “Otel otağı”, “Sübhün səfiri” və onlarla başqa filmlərdə gərgin yaradıcılıq axtarışları hesabına, qrimdən, rənglərdən səmərəli istifadə etməklə rejissorların istədiyi obrazı ərsəyə getirmiş və onun uğurlu yaradıcılıq fəaliyyəti ən məhşur, tələbkar rejissorlarımız tərəfindən həmişə yüksək qiymətləndirilib.

“Azərbaycanfilm” kinostudiyasının nəzdində Xalq artisti Adil İsgəndərovun yaratdığı 3 illik kinoaktyorluq kurslarında aldığı təhsil onu aktyor kimi də özünü sınamağa həvəsləndirmiş və bir çox filmlərdə yaratdığı epizodik rollarla da yadda qalmışdır.

Bilik və bacarıqlarınıı həmişə başqaları ilə bölüşən bir ustad kimi yetirmələri bu gün teatrlarımızda, telekanallarda, kinoda müvəfəqiyyətlə peşəkar fəaliyyət göstərir.

Elbrus Vahidovun keçdiyi bu məhsuldar yaradıcılıq yolundakı uğurları layiqincə qiymətləndirilmiş və 2000-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
Elbrus Vahidovun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Elbrus Vahidovun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Elbrus Vahidovun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *