Ramiz Fətəliyevin 70 illik yubiley gecəsi keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Ramiz Fətəliyevin 70 illik yubiley gecəsi keçiriləcək

Ramiz Fətəliyevin 70 illik yubiley gecəsi keçiriləcək

AzNews.info xəbər verir ki, 1970-ci illərin əvvəlindən başlayaraq R.Fətəliyevin ssenariləri əsasında “Ömrün ilk saatı”, “Sizi dünyalar qədər sevirdim”, “Yaramaz” (“Azərbaycanfilm”), “Altıncı”, “Riskə getmədən” (M.Qorki adına Studiya), “Şahidsiz”, “Təzə evlənənlər üçün çətir” ("Mosfilm"), “Ailə işləri”, “Həyatın xırdalıqları” (A.Dovjenko adına Studiya), “Həyatın mənası” ("Özbəkfilm") və s. 50-dən çox film və serial çəkilmişdir.

R.Fətəliyev eyni zamanda, “Hökmdarın taleyi”, “Bir anın həqiqəti”, ”Qraf Krestovski” kimi bədii və televiziya filmlərinin quruluşçu rejissoru olmuşdur.

Onun ssenari müəllifi və rejissoru olduğu, milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xidmət edən ekran əsərləri bu gün də tamaşaçılar tərəfindən sevilir və maraqla izlənilir.

Mədəniyyətimiz qarşısındakı xidmətlərinə görə 1986-cı ildə Dövlət Mükafatına, 1998-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş R.Fətəliyev 2011-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *