ATMU əməkdaşları Almaniyada konfransda iştirak ediblər - FOTO
AzNews.info xəbər verir ki, Avropa İttiqaqının “Davamlı turizmin idarəolunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” (SuToMa) layihəsi çərçivəsində Almaniyanın Vilhelmshaven şəhərində yekun konfrans keçirilmişdir. Tədbirdə əsas tərəfdaşlardan olan Azərbaycan Turizm və Menecment Universitetini Tədqiqat və İnkişaf şöbəsinin rəhbəri Şəlalə Məmmədova və adı qeyd edilən şöbənin İnkişaf bölməsinin rəhbəri, ATMU-da layihələr koordinatoru Kazım Quliyev təmsil etmişlər. Layihə tərəfdaşları görülən işlər və nəticələr barəsində hesabatla çıxış ediblər.
Layihə rəhbərliyi, Yade Tədbiqi Elmlər Universitetinin vitse-prezidenti Prof. Uve Vaythoner və Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Andrea Menn layihənin hazırlanmasında və icra olunmasında ATMU-nun rolunu xüsusi qeyd etmişlər.
Tədbirin sonunda gələcək əməkdaşlıq üçün yeni fikirlər irəli sürülmüşdür. Həmçinin Azərbaycan Turizm və Menecment Universiteti və Gürcüstanın İlia Dövlət Universiteti arasında əməkdaşlıq barəsində Anlaşma Memorandumu işlənib hazırlanmışdır.
Mənbə:> AzNews.info