Nüfuzlu Turizm Ensiklopdiyası olan “Springer”-də ATMU-nun rektorunun məqaləsi yayımlanıb
113 ölkədən 776 tədqiqatçının araşdırma nəticələrinin daxil olduğu Turizm Ensiklopdiyası “Springer” Beynəlxalq nəşriyyat şirkətinin indeksi ilə çap olunmuşdur.
AzNews.info xəbər verir ki, ensiklopediyaya Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun “Azərbaycan, turizm” məqaləsi də daxil edilmişdir. Tədqiqatçı öz məqaləsində Azərbaycan Respublikasının ərazisi, sərhədləri, əhalisi və rəsmi dilini qeyd etməklə yanaşı, zəngin tarixi və mədəni irsinə də nəzər yetirmiş, Qərb və Şərq sivilizasiyasının qovşağında yerləşməklə xarakterik tolerantlıq və qonaqpərvərlik xüsusiyyətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, xidmət mədəniyyətinin yüksək olması sənayenin inkişafı üçün təkan verir. Bundan başqa, müəllif öz yazısında ölkənin əsrarəngiz təbiətindən- qoruqlar, milli parklar, mineral bulaqlar və zəngin florasından söhbət açmışdır.
Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
http://link.springer.com/referenceworkentry/10.1007/978-3-319-01669-6_14-1
Mənbə:> AzNews.info