Arzu Əliyevanın filmi Braziliyada » AzNews.info -Xəbər portalı

Arzu Əliyevanın filmi Braziliyada

Arzu Əliyevanın filmi Braziliyada


Martın 9-13-də Braziliyanın San Paolo şəhərində ölkənin mötəbər mədəniyyət ocaqlarından biri - Braziliya Bankının Mədəniyyət Mərkəzində (CCBB) Azərbaycan kino həftəsi keçiriləcək.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə portuqal dilinə tərcümə olunmuş sənədli və bədii filmlərin nümayişi gözlənilir.

Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilib.

Eyni zamanda, kino həftəsi çərçivəsində “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmlər nümayiş olunacaq.

Tədbir aprelin 6-11-də paytaxt Braziliada yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində davam edəcək.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *