Rusiyada “Azərbaycan evi”ni sirkin yaxınlığında tikmək istəyirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Rusiyada “Azərbaycan evi”ni sirkin yaxınlığında tikmək istəyirlər

Rusiyada “Azərbaycan evi”ni sirkin yaxınlığında tikmək istəyirlər


Azərbaycan evi üçün artıq bir il altı aydır ki, Yekaterinburq ərazisində yer axtarırlar, daha bir yer təklif edilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin E1.RU-ya bildirdiyinə görə, obyekt sirkin arxasındakı sahədə inşa ediləcək.

“Bizə hal-hazırda Osnovinsk parkında olan sahə ölçüsündə, yəni 30 min kvadratmetr ərazi vəd ediblər. İndi orada ərazinin sərhədlərinin müəyyənləşdirilməsi işləri gedir. Bu işlər bitdikdən sonra yerləşəcəyimiz ərazini dəqiq biləcəyik”, - Azərbaycan diasporasının rəhbəri deyib.

Daha öncə Sverdlovsk vilayətinin administrasiyası Azərbaycan investorlarına obyektin yerləşdirilməsi üçün yeddi variant təklif etmişdi.

“Bu, bizə daha cəlbedici gəldi. Prinsipcə bu bizi qane edir. Ümid edirik ki, artıq mövcud layihə üzrə inşaat işləri apara biləcəyik. Amma yenə də müxtəlif icazə və razılaşdırmalar almalıyıq”, - Şahin Şıxlinski izah edib.

O bəyan edib ki, hal-hazırda gözəçarpacaq ziyana uğrayıblar. Belə ki, Osnovinsk parkı yaxınlığındakı sahə üçün dövlət ekspertizası aparılmış, müxtəlif icazələr alınmışdı, həm də investor hələ də həmin torpaq üçün icarə haqqı ödəyir. Amma o, icarə haqqında konkret rəqəm bildirmədi.

Şıxlinski bəyan edib ki, evin tikilməsinə təxminən iki il vaxt sərf ediləcək, ona görə də Azərbaycan evinin ərsəyə gəlməsini 2018-ci ilin yazından öncə gözləmək lazım deyil.

Sverdlovsk vilayətinin dövlət əmlakının idarəsi Nazirliyində (SVDƏİN) Azərbaycan evi üçün sirkin arxasında sahə təklif edildiyini bəyan etdilər.

SVDƏİN-də Şahin Şıxlinskini yekun razılaşma üçün tezliklə dəvət edəcəklərini vəd etdilər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *