Koç etiraf etdi: "Aygünü dinləyərkən böyük keyf aldım" – FOTO
"Aygünü dinləyərkən böyük keyf aldım".
Xalq artisti Aygün Kazımovanın "Düşün məni" mahnısını oxuyan türk sənətçi Damla Koç belə deyib.
ANSPRESS-in məlumatına görə, türk ifaçı İnstaqram səhifəsində Aygün Kazımovanın fotosunu sosial şəbəkədə paylaşaraq mahnı haqqında təəssüratlarını bölüşüb:
“Sevgili Aygün Kazımovanı dinləyərkən inanılmaz keyf aldım. Mahnını oxuyarkən yaşadığım xoşbəxtliyi ifadə edə bilmirəm. Onu yeni bi həyacanla dinləyicilərə təqdim edəcəm. Bütün azərbaycanlı dinləyicilərimi hörmət və ehtiramla salamlayıram”.
Qeyd edək ki, “Düşün məni” mahnısını Aygün Kazımova 2011-ci ildə ifa edib. Mahnının musiqisi Sevinc Tağıyevaya, sözləri isə Sevinc Şirinə aiddir.
Damla Koçun İnstaqramda paylaşdığı status
Mənbə:> ANSPRESS