Aygün Kazımovanın qızı ərə gedibmi? – FOTO
“Mən subayam və heç vaxt ailəli olmamışam". Xalq artisti Aygün Kazımovanın qızı İlqarə gizli şəkildə ərə getməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirərkən belə deyib.
İfaçı ANS PRESS-ə açıqlamasından, eşitdiyi xəbərlərdən şoka düşdüyünü bildirdi: “Mən subayam və heç vaxt ailəli olmamışam. O qız isə mən deyiləm. Bilmirəm kimdir. Düzdür, şəkilə baxanda mən də onu özümə oxşatdım. Hətta deyərdim ki, mənim oxşarımdır. Amma o qız mən deyiləm. Hər kimdir Allah xoşbəxt etsin”.
Müğənni İlqarə Kazımovanın gizlincə ailə qurması haqda xəbər bu gün yerli medianın diqqətini cəlb edib. Xəbərdə deyilir ki, toy bir neçə il öncə xaricdə baş tutub və İlqarə Kazımovanın həyat yoldaşı əcnəbi vətəndaşdır.
İlqarənin tez-tez Türkiyəyə getməsinin səbəbi də həyat yoldaşının İstanbulda fəaliyyət göstərən iş adamı olmasıdır. Xəbərlərdə yazılırdı ki, Aygün Kazımovanın qızının toy xəbərinin niyə gizli saxlamaq istədiyi məlum deyil.
Mənbə:> ANSPRESS