Bərdədə 19 yaşlı gəlin özünə atəş açdı
Azərbaycanın Bərdə rayonunda intihar hadisəsi baş verib.
AzNews.info Vesti.Az-a istinadən xəbər verir ki, Saatlı kəndində 19 yaşlı Aytac Cabbarova qoşalülə ov tüfəngindən özünü güllələyib.
Alınan məlumata əsasən o, qonaq otağında divanda oturaraq saat 17:00 radələrində intihar edib.
Hadisə baş verən zaman evdə heç kim olmayıb. İntiharın səbəbləri barədə məlumat yoxdur.
Qohumları onu bu addımı atmağa nəyin vadar etdiyini bilmirlər. 2 ay öncə Aytac qohumuna ərə gedib.
Ərinin dediyinə görə, münasibətləri yaxşı idi. İstintaq intihara səbəbin psixoloji an və ya dərin depressiya olmasını ehtimal edirlər.
Mənbə:> Vesti.az