Göygöldə iki polis iş başında döyüldü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Göygöldə iki polis iş başında döyüldü

Göygöldə iki polis iş başında döyüldü


Göygöldə iki polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən döyülüb.

AzNews,info xəbər verir ki, APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin sahə rəisi, 1973-cü il təvəllüdlü mayor Habil Əliyev və bölmənin təhqiqatçısı, 1981-ci il təvəllüdlü Ramin Həmidov xidməti vəzifələrinin icrası ilə əlaqədar ötən axşam Çaylı kəndinə gediblər.

Kənd sakinləri ilə aralarında yaranan mübahisə zəminində bir neçə kənd sakini onları döyüb. Müxtəlif bədən xəsarətləri alan polislər Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *