Qazaxıstanda azərbaycanlını güllələyən iki qardaş tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Qazaxıstanda azərbaycanlını güllələyən iki qardaş tutuldu

Qazaxıstanda azərbaycanlını güllələyən iki qardaş tutuldu


Qazaxıstanda azərbaycanlını güllələməkdə şübhəli bilinən iki nəfər tutulub. ANS PRESS-in "tengrinews.kz" saytına istinadən verdiyi məlumata görə, onlar iyun ayının 24-də Qazaxıstan daxili işlər orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Saxlanılan şəxslər 26 və 28 yaşlarındadır. Onların qardaş olduğu bildirilir. Polisin verdiyi məlumata görə, saxlanılanlar da Azərbaycan vətəndaşlarıdır.

Saxlanılan qardaşlar verdikləri ifadədə bildiriblər ki, güllələdikləri şəxslə aralarında mübahisə olub. Mübahisə iyunun 18-də olsa da, qardaşlar münasibətləri həll etmək üçün 21 iyunda həmvətənləri yaşadığı evə gediblər. Evin qarşısında məsələni həll etmək istəsələr də, yenə münasibətlər düzəlməyib. Nəticədə qardaşlar odlu silaha əl atıblar.

İstintaq sirri olduğu üçün zərərçəkənin və saxlanılanların kimliyi açıqlanmayıb.

Faktla bağlı Qazaxıstan prokurorluğundan cinayət işi başlanıb istintaq gedir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *